Vanda eşqi İkardini ədib etdi
"Qalatasaray"ın ulduz futbolçusu Mauro İkardinin keçmiş həyat yoldaşı Vanda Naraya yazdığı emosional mesajlar böyük marağa səbəb olub.
BAKU.WS xəbər verir ki, İkardinin sözləri sosial şəbəkələrdə gündəmə çevrilib.
Belə ki, mövsümə zədə ilə yekun vuran İkardi ayrılıqdan sonra başqası ilə sevgili olan Naraya uzun mesaj yazıb. O, mesajda, "Həm zəifliyim, həm də gücümsən" sözlərini işlədib ki, bu da ədəbi səhifələrdə paylaşılıb.
İkardinin Naraya yazdığı duyğusal mesaj belədir:
"Mən hər şeyi dəyişə bilərəm, bunu edə bilərəm, amma nəyə görə? Həyat davam edirmiş kimi davranmaq? Mən bunu istəmirəm. Mənim yeganə məqsədim dinc bir həyat sürmək, anın dadını çıxartmaq, bu illər ərzində əldə etdiyimiz və qurduğumuz hər şeydən həzz almaq...
Özünə dəyər verin, bizə dəyər ver və bizə xoşbəxt olmaq üçün şans ver. Sənə təkrar deyirəm, bütün bunları həyatımın qadını ilə, hər şeydən çox sevdiyim qadınla etmək istəyirəm. Sən mənim həm zəifliyim, həm də gücümsən, toy günü nənənə söz verdiyim kimi, əbədiyyən... Özünə yaxşı bax.
Oxşar xəbərlər
Avstriyada qadın alpinist zirvəyə 50 metr qalmış tərk edildi - donaraq öldü
Avstriyanın ən yüksək zirvəsi Grossqlokner dağında faciə baş verib. Partnyoru ilə dırmaşan 33 yaşlı qadın zirvəyə 50 metr qalmış gücdən düşüb. Onunla olan 36 ya...