Ukraynanın Sumı vilayətinin bir hissəsindən təcili təxliyələr başlayıb

Mayın 30-da Sumı vilayətinin daha 11 yaşayış məntəqəsindən təxliyə haqqında sərəncam imzaladım. Bu, Riçkivska, Vorojbyanska, Bilopilska və Mukolaivska icmalarına aiddir.
BAKU.WS xəbər verir ki, bunu "Report"un Şərqi Avropa bürosuna açıqlamasında Ukraynanın Sumı vilayətinin hərbi administrasiyasının rəhbəri Oleq Qriqorov bölgədəki vəziyyətlə bağlı son durumu şərh edərkən bildirib.
O qeyd edib ki, ümumilikdə vilayətin müvafiq olaraq 4 rayonunun 213 yaşayış məntəqəsindən əhalinin təxliyəsi zərurəti yaranıb:
"Təxliyəyə başlanılan 11 yaşayış məntəqəsində 2 900 nəfər yaşayır. Müvafiq təxliyə qərargahı yaradılıb. Polis, fövqəladə hallar xidməti, ictimai təşkilatların əməkdaşları prosesə cəlb olunub. Zəruri yardım göstərilir. Eyni zamanda, köçkünlərə humanitar yardım və tibbi qeydiyyat üçün müvafiq qərargahlar yaradılıb. Görürük ki, düşmən mülki infrastruktura zərbələr endirməyə davam edir. Srağagün Sumı vilayətinə kütləvi hücum oldu. Zərbə Trostyanetska və Rovenska yaşayış yerlərinə endirildi. Mülki infrastrukturda dağıntılarımız var" - o, əlavə edib.
Oxşar xəbərlər
Tramp iyulun 14-də Rusiyaya qarşı sanksiyaları açıqlaya bilər
ABŞ Prezidenti Donald Tramp iyulun 14-də Rusiyaya qarşı yeni sanksiyalar elan edə və Ukraynaya yeni hərbi tədarüklər elan edə bilər. BAKU.WS "Report"a istinadən...