Ukraynada xanım deputat mandatı ləğv edildi - SƏBƏB
Ukrayna Ali Radası korrupsiya ittihamı ilə üzləşən "Xalqın Xidmətçisi" partiyasının deputatı İrina Kormışkinanın səlahiyyətlərinə xitam verilməsi üçün səs verib.
BAKU.WS xəbər verir ki, bu barədə onun həmkarı Yaroslav Jeleznyak teleqram kanalında paylaşım edib.
İrina Kormışkinaya qarşı 20 milyon qrivendən (hazırkı məzənnə ilə təxminən 500 min dollar) çox dəyərində aktivlər alması ilə bağlı ittiham irəli sürülüb.
Jeleznyakın sözlərinə görə, Kormışkinanın vəzifədən uzaqlaşdırılması üçün 246 deputat səs verib. Bununla da Ukrayna parlamentində deputatların sayı 400-ə düşüb.
O, əlavə edib ki, daha əvvəl mandatdan imtina edənlərin əksəriyyətindən fərqli olaraq, Kormışkina mandatını təhvil verməzdən əvvəl şəxsən çıxış edib.
2025-ci ilin yanvar ayının əvvəlində Kormışkina əmlakı ilə bağlı elektron bəyannaməyə yalan məlumat daxil etməkdə şübhəli bilinmişdi.
Yanvar ayının sonunda isə Kormışkinanın qanunsuz varlanması ilə bağlı iş çərçivəsində onun həyat yoldaşı da şübhəli bilinib. İlkin məlumatlara görə, o, deputatın əmlakını leqallaşdırmağa cəhd edib.
Oxşar xəbərlər
Merts və Tramp Davosda görüşməyə bilər - SƏBƏB
Almaniya kansleri Fridrix Merts ilə ABŞ prezidenti Donald Tramp arasında Davosda keçirilən Dünya İqtisadi Forumunda (DİF) planlaşdırılan görüş ABŞ liderinin səf...