Ukraynada qışın ən ciddi elektrik təchizatı böhranı yaşanır
Ukraynada bu qışın ən ciddi elektrik enerjisi təchizatı problemi müşahidə olunur. Bu barədə Donetsk Yanacaq və Enerji Şirkəti (DTEK) X sosial şəbəkəsində məlumat verib.
BAKU.WS xəbər verir ki, Kiyev vilayətində elektrik enerjisinin bərpası üçün 187 briqada fəaliyyət göstərir. Eyni zamanda, paytaxt Kiyev və Dnepropetrovskda da ciddi çətinliklər yaşanır.
Əvvəlcə məlumat verilib ki, Dnepropetrovsk vilayəti və Kiyevin nəzarətində olan Zaporojye əraziləri demək olar ki, tamamilə enerjisiz qalıb.
Daha sonra bildirilib ki, Ukraynadakı davamlı şaxtalı hava şəraiti səbəbindən elektrik stansiyalarının istehsalı pik tələbat dövrlərində azaltması zəruridir.
Oxşar xəbərlər
Tramp İranla müharibədə "dönüş nöqtəsi" elan etdi: Yeni hücum qərarı veriləcək
ABŞ Prezidenti Donald Tramp İranla müharibənin həlledici mərhələyə çatdığını bildirib. O, münaqişəyə son qoymaq məqsədilə genişmiqyaslı hərbi əməliyyatların yen...