Ukrayna PUA-ları Bryansk və Engelsdə zavodları hədəf aldı
24
yan
2025
10:14
Ukrayna PUA-ları Bryansk və Engelsdə zavodları hədəf alıb.
BAKU.WS Rusiya mediasına istinadən xəbər verir ki, 24 yanvar gecəsi Ukrayna PUA-ları Rusiyanın Bryansk şəhərində yerləşən "Kremniy" zavoduna və Saratov vilayətinin Engels şəhərindəki neft emalı zavoduna hücum cəhdi edib.
Mash-ın məlumatına görə, Bryanskda PUA qalıqları zavodun yaxınlığına düşüb.
Engelsdə isə şahidlər səmada ən azı yeddi partlayış səsi eşitdiklərini bildiriblər.
Bundan əvvəl məlum olub ki, ötən gecə Rusiya hava hücumundan müdafiə sistemləri tərəfindən 121 Ukrayna PUA-sı vurulub və məhv edilib.
Oxşar xəbərlər
Rumıniya ölkənin hava məkanında iki gün ərzində ikinci PUA-nı vurub
Rumıniya Ukrayna ilə sərhəddə, Dunay çayı deltası ərazisində ölkənin hava məkanını pozan, iki gün ərzində ikinci pilotsuz uçuş aparatını (PUA) vurub. BAKU.WS xə...