Ukrayna ordusu Krıma desant hücumuna hazırlayır

Ukrayna Silahlı Qüvvələrinin (USQ) komandanlığı Krım yarımadasının şimal-qərb hissəsində hücum əməliyyatlarına hazırlaşır. Onların məqsədi böyük şəhərləri deyil, bu bölgəni hədəf almaqdır.
BAKU.WS xəbər verir ki, bu barədə hərbi bloger Mixail Zvinçuk "Rybar" layihəsində bildirib.
Məlumata əsasən, FPV dronları və digər pilotsuz uçuş aparatları Rusiya ordusunun radiolokasiya stansiyalarını, zenit-raket komplekslərinin buraxılış qurğularını və zenit-raket-top sistemlərini hədəfə almağa çalışır.
Zvinçukun sözlərinə görə, bu hücumlar Krımda mümkün desant əməliyyatı üçün plasdarm (başlanğıc mövqe) yaratmaq məqsədi daşıyır. Yarımadanın qərb və şimal-qərb sahilləri desant üçün əlverişli və hamar sahələr hesab olunur.
O əlavə edib ki, Ukrayna ordusu iki istiqamətdə zərbə endirməyə hazırlaşır:
– Yardımçı hücum: Meçvodnoye və Kotovskoe istiqamətində,
– Əsas hücum: Yevpatoriya və Novoozernoye istiqamətində.
Ukrayna Sİlahlı Qüvvələrinin əsas məqsədi Krımda genişmiqyaslı hərbi əməliyyatlardan daha çox güc nümayiş etdirmək və xaos yaratmaqdır. Bunun üçün çox sayda canlı qüvvəyə ehtiyac yoxdur.
Oxşar xəbərlər
Dünyanın ən qəribə qanunları – Bu ölkələrdə nəinki gülmək, saqqız çeynəmək də qadağandır
Dünyanın bir çox ölkəsində gündəlik həyatımızın adi hissəsi kimi görünən davranışlar bəzi yerlərdə qanunla qadağan edilib. Qeyri-adi məhdudiyyətləri ilə seçilən...
