Ukrayna məhkəməsi Timoşenkonun əmlakının bir hissəsini müsadirə etdi
Ukraynada məhkəmə "Batkivşina" Partiyasının lideri Yuliya Timoşenkonun əmlakını müsadirə edib, lakin onun şəxsi hesabındakı vəsaitinə toxunmayıb.
BAKU.WS Oxu.Az-a istinadən xəbər verir ki, bu barədə Ukraynanın Korrupsiyaya Qarşı Mübarizə Mərkəzi məlumat yayıb.
Xəbərə görə, Dnepropetrovskda ona məxsus iki qaraj, altı mobil telefon, bir sistem bloku, nağd 46 min 300 dollar pul və qaralama qeydləri müsadirə edilib. Qərar həmçinin Y.Timoşenkonun ərinin adına olan, birgə mülkiyyət kimi qiymətləndirilən üç avtomobili də əhatələyib.
Məhkəmə Y.Timoşenkonun şəxsi hesabındakı pulların müsadirəsindən imtina edib, bu belə izah olunub ki, həmin vəsait deputatın yeganə gəlir mənbəyidir.
Qeyd edək ki, bu qərar üzrə məhkəmə iclası üç gün davam edib, iki dəfə təxirə salınıb.
Yanvarın 14-də Ukraynanın korrupsiya ilə mübarizə orqanları "Batkivşina" Partiyasının Kiyevdəki ofisində axtarış aparıb. Y.Timoşenko Rada üzvlərinə səsvermə əvəzində rüşvət təklif etməkdə ittiham olunur. Onu bu ittihamla beş ildən on ilə qədər həbs cəzası gözləyə bilər.
Oxşar xəbərlər
Tramp Putinə münaqişələrin həlli üzrə necə "master-klass" keçdiyini danışıb
ABŞ Prezidenti Donald Tramp bəyan edib ki, Ermənistan-Azərbaycan münaqişəsinin nizamlanmasından sonra Rusiya Prezidenti Vladimir Putin onunla əlaqə saxlayıb. BA...