TUSAŞ-a hücum edən qadın terrorçunun da kimliyi bilindi
Ötən gün Türk Aerokosmik Sənayesinin (TUSAŞ) istehsal obyektinə hücum edən ikinci terrorçunun da şəxsiyyəti müəyyən olunub.
BAKU.WS xəbər verir ki, bu barədə ölkənin daxili işlər naziri Ali Yerlikaya məlumat yayıb.
O, bildirib ki, TUSAŞ-a edilən xain terror aktında zərərsizləşdirilən qadın terrorçunun kimliyi də məlum olub.
Xainin PKK terror təşkilatı üzvü Mine Sevjin Alçiçek olduğu müəyyən edilib:
"TUSAŞ-a hücum edən hər iki terrorçunun PKK-lıdır. Ölkəmizin birliyini, həmrəyliyini, sülhünü təhdid edən xain terror təşkilatını torpaqlarımızdan silmək əzmindəyik. Bir daha şəhidlərimizə Allahdan rəhmət, yaralılarımıza isə tezliklə şəfa diləyirəm".
Xatırladaq ki, ötən gün TUSAŞ-a edilən hücum zamanı 5 Türkiyə vətəndaşı şəhid olub, 22 nəfər yaralanıb.
Oxşar xəbərlər
Əsəbləri sakitləşdirən qidalar açıqlanıb
Bəzi qidalar sinir sisteminin normal fəaliyyətini dəstəkləyir, stressin idarə olunmasına və əhval-ruhiyyənin yaxşılaşmasına kömək edə bilər. BAKU.WS xəbər verir...