TUSAŞ-a hücum edən PKK-lı terrorçulara bağlı YENİ FAKT

TUSAŞ-a hücum edən PKK-lı terrorçulara bağlı YENİ FAKT
Dünya 121

Ankarada yerləşən Türk Aviasiya və Kosmos Sənayesi Anonim Şirkətinin (TUSAŞ) Kahramankazan bölgəsindəki obyektinə hücum edərək 5 nəfəri şəhid edən iki terrorçunun paytaxta necə gəldiyi məlum olub.

BAKU.WS xəbər verir ki, terrorçuların hücumdan bir gecə əvvəl Sivasın Kangal ilçəsindən Ankaranın Polatlı bölgəsinə gəldiyi müəyyən edilib.

Televizorda terrorçuları tanıyaraq polisə məlumat verən bir restoran işçisinin ifadəsinə əsasən, terrorçuların Kangala ağ rəngli bir yük maşını ilə gəliblər.

İddiaya görə, hər iki terrorçu yük maşını ilə gəlib bir müddət ilçe mərkəzində qaldıqdan sonra bir restoranda yemək yeyiblər. Daha sonra Kangal bölgəsindən Ankaraya getmək üçün avtobusları araşdıraraq bir neçə avtobus bilet agentliyinə baş çəkiblər. Avtobus tapa bilmədikləri üçün Kangaldan taksi tutub Ankaranın Polatlı ilçəsinə getməyə qərar veriblər. Lakin həmin yük maşınının haradan gəldiyi hələ təsbit edilməyib.

Taksinin sürücüsü A.O., dindirilmək üçün polis bölməsinə aparılıb.

Qeyd edək ki, bu xain hücum nəticəsində 5 nəfər şəhid olmuş, 22 nəfər yaralanmışdı.

Oxşar xəbərlər

Son xəbərlər