Türkiyənin tekstil nəhəngi müflis oldu - 1,5 milyard BORC
Türkiyənin tanınmış tekstil şirkətlərindən biri olan, 1954-cü ildən bəri fəaliyyət göstərən "Çiçəkçi Tekstil" maliyyə çətinlikləri səbəbilə konkordat (müflislikdən qorunma) elan edib.
BAKU.WS haberler.com-a istinadən xəbər verir ki, Mərkəzi Denizlidə yerləşən və ölkə miqyasında satış həyata keçirən şirkətin ümumi borcunun 1,5 milyard lirəni keçdiyi bildirilir.
Bunun təxminən 300 milyon lirəsi bank kreditlərinə aiddir.
Maliyyə böhranı yalnız "Çiçəkçi Tekstil"i deyil, ona bağlı işləyən alt firmalara da təsir edəcək.
Şirkətdən məsələ ilə bağlı hələlik rəsmi açıqlama verilməyib.
Qeyd edək ki, "Çiçəkçi Tekstil" bölgənin aparıcı istehsalçılarından biri hesab olunurdu.
Oxşar xəbərlər
İranda üç günlük matəm elan olunub
İranda baş vermiş iğtişaşlar zamanı təhlükəsizlik qüvvələrinin çoxsaylı əməkdaşının həlak olması ilə əlaqədar ölkədə üç gün müddətinə milli matəm elan edilib. B...