Türkiyənin F-35 planında yeni ssenari: S-400-lər üçüncü ölkəyə satıla bilər

Türkiyənin F-35 planında yeni ssenari: S-400-lər üçüncü ölkəyə satıla bilər
Dünya 23

Türkiyənin ABŞ-nin F-35 döyüş təyyarələri proqramına yenidən qoşulması üçün Rusiyadan alınan S-400 hava hücumundan müdafiə sistemlərinin üçüncü ölkəyə satılması variantı gündəmə gəlib.

BAKU.WS xəbər verir ki, Ankara ilə Vaşinqton arasında F-35 məsələsində əldə olunacaq mümkün razılaşmanın əsas şərtlərindən biri məhz S-400 sistemlərinin taleyi ilə bağlı olacaq.

Bildirilir ki, komplekslərin Rusiyaya qaytarılması əvəzinə başqa bir ölkəyə satılması tərəflər arasında kompromis variantı kimi nəzərdən keçirilir.

Məlumata əsasən, bu sistemlərin alıcısı ola biləcək ölkələr arasında Cənubi Koreyanın da adı çəkilir.

Xatırladaq ki, ABŞ 2019-cu ildə Türkiyənin Rusiyadan S-400 zenit-raket kompleksləri almasını əsas gətirərək Ankaranı F-35 proqramından kənarlaşdırmışdı.

Vaşinqton hesab edir ki, S-400 sistemləri NATO-nun müdafiə infrastrukturuna uyğun deyil. ABŞ tərəfi, həmçinin S-400-lərlə F-35 qırıcılarının eyni vaxtda istifadəsinin Rusiyanın beşinci nəsil təyyarələrin radar görünməzliyi və digər texniki xüsusiyyətləri barədə həssas məlumatlar əldə etməsinə şərait yarada biləcəyindən narahat olduğunu dəfələrlə bəyan edib.

Mokaland Uşaq Əyləncə Mərkəzi

Son xəbərlər