Türkiyənin 12 bölgəsinə hava şəraiti ilə bağlı SARI XƏBƏRDARLIQ
Türkiyənin Milli Hidrometrologiya Xidməti ölkənin şimal, mərkəzi və qərb bölgələrinə güclü yağış və şaxtalı hava ilə bağlı xəbərdarlıq edib.
BAKU.WS xəbər verir ki, ölkənin sadəcə 12 rayonuna "Sarı" xəbərdarlıq edilib.
Milli Hidrometrologiya Xidmətinin Hidrometeroloji proqnozlar bürosunun son məlumatına əsasən, Qara dəniz, Şərqi Anadolu, Cənub-Şərqi Anadolu və Kütahya, Osmaniye, Hatay, Gaziantep və Kilis ərazilərində güclü yağış yağacaq.
Şərqi Anadolunun şimal və şərqində, eyni zamanda Kayseri, Sivas və Çankırının yüksək hissələrində qar və şaxta olacaq.
Qərbi və Şərqi Qara dənizində, Ordu, Hatay, Ağrı, İğdır, Van, Hakkari ətrafında güclü yağış yağacağı gözlənilir.
Ölkənin Artvin, Giresun, Ordu, Sinop, Zongukdak, Karabük, Bolu, Kastamonu, Rize, Trabzon, Bartın, Düzce kimi vilayətlərinə isə "Sarı" xəbərdarlıq edilib.
Artvin, Giresun, Ordu, Kastamonu, Rize və Trabzonda qarlı yağış, Karabük və Boluda isə qar yağacağı gözlənilir.
Qara dənizdə şimal-qərb istiqamətində güclü küləklər əsəcək. Cümə günorta saatlarından etibarən küləyin şiddətinin güclənəcəyi proqnozlaşdırılır.
Oxşar xəbərlər
"Xatəm əl-Ənbiya": İran ordusu Amerikanın bölgədəki bazalarını hədəf alacaq
İran ordusu Amerikanın Yaxın Şərqdəki hərbi bazalarını hədəf ala bilər. BAKU.WS "Report"a istinadən xəbər verir ki, bu barədə İranın "Xatəm əl-Ənbiya" hərbi kom...