Türkiyəli məşhurlar Hataya yollandı - Anım tədbirlərində iştirak edirlər
Türkiyənin cənubunda və Suriyanın şimal-qərbində 7,8 və 7,5 bal gücündə iki zəlzələnin on minlərlə insanın həyatına son qoymasından 3 il ötür.
BAKU.WS xəbər verir ki, bu səbəbdən bəzi türkiyəli məşhurlar Hatayda yollanıblar. Onlar Hatayda anım tədbirlərində iştirak ediblər.
Onlar arasında axtarış-xilasetmə dərnəyi "ArKed Türkiyə"nin qurucusu Ogün Kaptanoğlu və aktrisalar Sibel Taşçıoğlu, Deniz Çakır olub.
Anım tədbiri çərçivəsində vətəndaşlar həyatını itirənlərin xatirəsini yad etmək üçün toplanma məntəqəsindən Asi çayına doğru yürüş ediblər.
Zəlzələnin baş verdiyi saatlarda, gecə yarısı, axtarış-xilasetmə işlərində iştirak etmiş şəxslər çaya qərənfillər buraxaraq həlak olanların xatirəsini anıblar.
Məşhurlar Hayatda təşkil olunan xeyriyyə yeməyində də iştirak ediblər.
Qalereya
Oxşar xəbərlər
Belarus Ukrayna ilə müharibəyə hazırlaşır?
Son zamanlar qonşu Belarusun Ukrayna ilə sərhəddə hərbi təlimlərə, əsasən də nüvə təlimlərinə üstünlük verməsi iki ölkə arasında münasibətləri daha da gərgin və...