Türkiyəli aparıcının nikahı oldu - Azərbaycan mahnısı ilə bağlı detal diqqət çəkdi

Türkiyəli aparıcının nikahı oldu - Azərbaycan mahnısı ilə bağlı detal diqqət çəkdi
Video
Dünya 419

Türkiyəli aparıcı və sosial media fenomeni Kadir Ezildi nişanlısı Qamze Türkmenle nigaha daxil olub.

BAKU.WS xəbər verir ki, fenomenin xoş günü ailə üzvləri və dostları arasında keçirilən sadə məclisdə baş tutub.

Bu barədə Kadir özü sosial şəbəkə hesabında görüntülər paylaşıb.

Sosial media fenomeninin izləyiciləri ilə bölüşdüyü görüntülərdən biri xeyli marağa səbəb olub.

Belə ki, Kadir nişana getdiyi avtomobildə azərbaycanlı müğənni Əflatun Qubadovun "Ceyran amandı" mahnısnın sədaları ilə altında rəqs edib.

Ezildinin bu əyləncəli videosu sosial şəbəkə istifadəçiləri tərəfindən maraqla qarşılanıb.

Xatırladaq ki, Kadir Ezildi Qamze ilə ötən ilin iyulunda nişanlanıb. Qamze Kadirin ən yaxın dostunun bacısıdır.

Məlumat üçün bildirək ki, Kadir "Temizlik avcıları", "Temizlik benim işim" verilişlərinin aparıcısı olub. O, hazırda "En hamarat benim" proqramının aparıcısıdır.

Türkiyəli aparıcının nikahı oldu - Azərbaycan mahnısı ilə bağlı detal diqqət çəkdi

Oxşar xəbərlər

52 yaşlı müğənni evinin eyvanından yıxılaraq öldü

52 yaşlı müğənni evinin eyvanından yıxılaraq öldü

Türkiyəli müğənni Güllü bədbəx evinin eyvanından yıxılaraq ölüb. BAKU.WS xəbər verir ki, o Çınarcık Yalovadakı binada 6-cı mərtəbədən aşağı düşüb. Bu barədə 52...

207 Dünya 10:25 26 sentyabr 2025

Son xəbərlər