Türkiyədəki otel yanğınında bir ailədən 14 nəfər həlak oldu
Türkiyənin Bolu şəhərindəki otel yanğınında həlak olanlardan 52 nəfərin kimliyi bəlli olub. Onlar arasında Türk Hava Yolları (THY) əməkdaşı Zehra Sena Gültekin də var. Zehra həmin vaxt anasına zəng edərək halallıq alıb.
BAKU.WS xəbər verir ki, dəhşətli yanğında Zehranın ailəsindən 14 nəfər yanaraq həlak olub.
O məktəblərdə tətil olduğu üçün 3 övladı və 9 qohumu ilə kurort mərkəzinə istirahətə gedib.
Yanğın zamanı Zehra Sena Gültekin, həyat yoldaşı, 3 uşağı və qohumları ölüblər.
Daxili işlər naziri Ali Yerlikaya yanğınla bağlı başladılan istintaq çərçivəsində 9 şəxsin saxlanıldığını bildirib.
Xatırladaq ki, Türkiyənin Bolu vilayətində yerləşən Kartalkaya xizək mərkəzindəki oteldə baş verən yanğında ölənlərin sayı artıb. Hadisə nəticəsində 76 nəfər həyatını itirib.
Yanğınla bağlı Türkiyədə birgünlük matəm elan edilib.
Oxşar xəbərlər
Kamçatkada seysmik aktivlik yenidən ekstremal səviyyəyə qalxıb
Rusiyanın Kamçatka bölgəsində 30 iyulda baş verən güclü zəlzələdən sonra yeraltı təkanların (afterşokların) fəaliyyəti hələ də davam edir. BAKU.WS xəbər verir...