Türkiyədə uzun müddət axtarışda olan şəxs həbs olundu
Türkiyə hüquq mühafizə orqanları və İnterpol əməkdaşları ilə Macarıstan polisinin birgə əməliyyatı nəticəsində uzun müddət axtarışda olan şəxs saxlanılıb.
BAKU.WS xəbər verir ki, həmin şəxs Türkiyəyə aparılıb. Türkiyədə A.B.K. adlı mütəşəkkil cinayət təşkilatının rəhbəri Serdar Sertçelikin həbs olunduğu açıqlanıb.
Qeyd edək ki, saxlanılan şəxs uzun müddət axtarışda olub. Türkiyə ərazisində olmadığı müəyyən olunduqdan sonra beynəlxalq axtarışa verilib.
"Qırmızı Bülten" adı altında saxtarışa verilən Serdar Sertçelik çoxsaylı cinayətlərdə ittiham olunur. Onunla əlbir olan bir neçə cinayətkar dəstə üzvlərinin də keçirilən əməliyyat zamanı saxlanıldığı bildirilib.
Oxşar xəbərlər
SEPAH ABŞ-nin radar sistemləri yerləşən bazalara hücum edib
İslam İnqilabı Keşikçiləri Korpusundan (SEPAH) bildirilib ki, ABŞ-nin Küveytdəki "Əli əs-Salim" bazası və Bubiyan adasındakı (Fars körfəzi) taktiki radar komple...