Türkiyədə narkotik əməliyyatları çərçivəsində saxlanılan məşhurlar gündəm olmağa davam edir

Türkiyədə narkotik əməliyyatları çərçivəsində saxlanılan məşhurlar gündəm olmağa davam edir
Foto
Dünya 90

Ötən gün Türkiyədəki narkotik əməliyyatları çərçivəsində müğənni Aleyna Tilki, bloger Danla Bilic, aktrisalar Mümine Senna Yıldız və İrem Sak saxlanılıb, tibbi ekspertiza proseduru yekunlaşdıqdan sonra sərbəst buraxılıblar. Müğənni Yusuf Güney, Cihan Şenözlü, aktrisa Melisa Döngel, sosial media fenomeni Şeyma Subaşı isə evində tapılmadığı üçün axtarışa veriliblər.

Türkiyədə narkotik əməliyyatları çərçivəsində saxlanılan məşhurlar gündəm olmağa davam edir

BAKU.WS xəbər verir ki, adı çəkilən məşhurlar hələ də gündəm yaratmağa davam edirlər. Belə ki, Şeyma Subaşı axtarışa verilməsi ilə bağlı sosial şəbəkədə status paylaşıb.

Türkiyədə narkotik əməliyyatları çərçivəsində saxlanılan məşhurlar gündəm olmağa davam edir

O "Tezliklə ölkəmə qayıdacağam. Qayıdandan sonra detallı izahat verə biləcəyəm" deyə qeyd edib. Şeymanın axtarışa verildiyi halda səhifəsində məhsulların reklamlarını paylaşmağa davam etməsi isə xüsusi marağa səbəb olub.

Türkiyədə narkotik əməliyyatları çərçivəsində saxlanılan məşhurlar gündəm olmağa davam edir

Fenomenin növbəti təəccübləndirici paylaşımı isə "Qurani Kərim"dən olub. O instaqramda bəzi ayələr paylaşıb. Şeyma bu paylaşımı ilə də müzakirə olunmağa davam edib.

Türkiyədə narkotik əməliyyatları çərçivəsində saxlanılan məşhurlar gündəm olmağa davam edir

Azadlığa buraxılan bloger Danla Bilic də sosial şəbəkə paylaşımı ilə marağa səbəb olub.

O instaqramda "Dövlət test tələb edib, təbii ki, verəcəyik. Yeri gəlmişkən, qeyd edim ki, polis bizi saxlayıb, ya evlərində qonaq edib, bilə bilmədik. Çox mehriban idilər. Hamınıza bir daha təşəkkür edirəm" deyə qeyd edib. Danlanın bu paylaşımı ilə müzakirələr yaradıb.

Türkiyədə narkotik əməliyyatları çərçivəsində saxlanılan məşhurlar gündəm olmağa davam edir

Ötən gün narkotik əməliyyatları çərçivəsində axtarışa verilən Yusuf Güneyin isə 4 il əvvəl ruhaniliklə bağlı verdiyi müsahibəsi gündəm olub.

O layihələrdən birinə qonaq olarkən "Mən ruhanilər tərəfindən tapşırıq verilib" sözlərini söyləyib. Güneyin bu cür əməliyyata görə axtarışa verilməsi və bu müsahibəsinin bir-birinə uyğun olmaması xeyli müzakirələrə səbəb olub.

Türkiyədə narkotik əməliyyatları çərçivəsində saxlanılan məşhurlar gündəm olmağa davam edir

Xatırladaq ki, məşhurlar narkotik maddələrin istifadəsi və satışında şübhəli biliniblər. Şübhəli Mümine Senna Yıldızın evində aparılan axtarış zamanı 5 qram marixuana və 1 ədəd marixuana üyüdən aparat ələ keçirilib. Bu saçında və qanında narkotik aşkarlanan Berrak Tüzünataç İstanbul Ədliyyəsində ifadə verib.

Son xəbərlər