Türkiyədə meşə yanğınlarında 10 nəfər həyatını itirdi
23
iyl
2025
23:50
Türkiyənin Eskişehir şəhərinin Seyitgazi rayonunda baş verən meşə yanğını faciə ilə nəticələnib.
BAKU.WS xəbər verir ki, bu barədə Türkiyənin kənd təsərrüfatı və meşəçilik naziri İbrahim Yumaklı bildirib.
Onun sözlərinə görə, meşə yanğını zamanı xəsarət alan 24 nəfərdən 14-nün müalicəsi davam edir. Beş meşə işçisi və eyni sayda xilasetmə işlərinə cəlb olunan şəxs dünyasını dəyişib.
Qeyd edək ki, yanğın Seyitgazi rayonunun Büyükyayla və Fethiye kəndlərinə yaxın ərazidə dünən səhər saatlarında başlayıb və Afyonkarahisarın Sarıcaova kəndi istiqamətinə doğru yayılıb.
Oxşar xəbərlər
Əraqçi: İran heç vaxt Livanın daxili siyasətinə müdaxilə etməyə çalışmayıb
İran heç vaxt Livanın daxili siyasətinə müdaxilə etməyə çalışmayıb. BAKU.WS "Report"a istinadən xəbər verir ki, bunu İranın xarici işlər naziri Abbas Əraqçi "Al...