Türkiyədə kişi toydan iki ay sonra arvadını elektrik mişarı ilə doğradı

Türkiyədə kişi toydan iki ay sonra arvadını elektrik mişarı ilə doğradı
Foto
Dünya 374

Türkiyədə dəhşətli olay yaşanıb. 

BAKU.WS xəbər verir ki, iki ay əvvəl ailə quran Halit Can və Sevcan Demir Sakman cütlüyünün yeni qurduğu ailə faciə ilə sonlanıb. 

Belə ki, toydan iki ay sonra cütlük maddi çətinlik çəkib və bu səbəbdən dava edib.

Bu zaman Halit Can, Sevcana elektrik mişarı ilə hücum edib. Buna səbəb kimi isə Sevcanın onu bıçaqla hədələməsini göstərib. 

Halit elektirk mişarını Sevcanın boynuna vurduqdan sonra onu dayandırmayıb və mişar qadının boğazını doğrayıb. 

Qonşular səs-küyü eşidib hadisə eyinə polis çağırıb. 

Qadının cansız bədəni Antalya Tibb Mərkəzinin morquna aparılıb. Hadisəni eşidən Sevcanın anası Havva Ünay dərhal Mersindən Antalyaya gəlib.

O xəstəxanaın qarşısında ağlayaraq "Mən necə dözüm, yaşayım indi? Balamı deşik-deşik edib" sözlərini söyləyib. 

Keçmiş cütlüyün hər ikisi xəstəxanalardan birində tibb bacısı və tibb qardaşı işləyib. 

Son xəbərlər