Türkiyədə İŞİD-ə qarşı əməliyyat: 88 nəfər saxlanılıb
25
mar
2026
15:50
Türkiyənin 24 vilayətində keçirilən əməliyyatlar nəticəsində İraq-Şam İslam Dövləti (İŞİD) terror təşkilatı ilə əlaqədə şübhəli bilinən 88 nəfər saxlanılıb.
BAKU.WS-in məlumatına görə, bu barədə Türkiyə Daxili İşlər Nazirliyi açıqlama yayıb.
Bildirilib ki, saxlanılan şəxslərin terror şəbəkəsi ilə əlaqəli fərdlər və qondarma yardım qurumları vasitəsilə təşkilata maliyyə vəsaiti ötürdüyü müəyyən edilib.
Məlumata əsasən, şübhəlilər sosial şəbəkələr üzərindən terror təşkilatının təbliğatını aparmaqda da ittiham olunurlar.
Əməliyyat tədbirlərinin davam etdiyi qeyd olunub.
Oxşar xəbərlər
Çin və Rusiya İrana hərbi dəstək verir? - Tramp AÇIQLADI
ABŞ Prezidenti Donald Tramp bəyan edib ki, Çin və Rusiya İrana hərbi dəstək göstərmir. BAKU.WS Oxu.Az-a istinadən xəbər verir ki, Ağ Evin rəhbəri bu barədə "Tru...