Türkiyədə də zəlzələ olub
Türkiyədə zəlzələ olub.
BAKU.WS xəbər verir ki, bu barədə Türkiyənin Fövqəladə Halların İdarə Olunması Agentliyi (AFAD) məlumat yayıb.
AFAD-ın açıqlamasına görə, iyulun 30-u saat 06:40-da Konya vilayətinin Ilgın bölgəsində 4,3 bal gücündə zəlzələ qeydə alınıb. Yeraltı təkanların ocağı 15,6 kilometr dərinlikdə yerləşib.
Zəlzələ yaxın ətrafda yerləşən digər bölgələrdə də hiss olunub.
Türkiyənin daxili işlər naziri Ali Yerlikaya sosial şəbəkə hesabında hadisə ilə bağlı açıqlama verib: "Konya Ilgında 4.3 bal gücündə zəlzələ baş verib. Yaxın vilayətlərdə də hiss olunan zəlzələ ilə bağlı AFAD və digər aidiyyəti qurumların bütün qrupları dərhal əraziyə göndərilib. Hazırda hər hansı mənfi hal qeydə alınmayıb. Zəlzələdən zərərçəkən vətəndaşlarımıza keçmiş olsun deyirəm. Allah ölkəmizi və millətimizi fəlakətlərdən qorusun".
Qeyd edək ki, zəlzələ nəticəsində dağıntı və insan tələfatı barədə məlumat verilməyib. Hazırda ərazidə vəziyyətə nəzarət edilir.
Oxşar xəbərlər
SEPAH ABŞ-nin radar sistemləri yerləşən bazalara hücum edib
İslam İnqilabı Keşikçiləri Korpusundan (SEPAH) bildirilib ki, ABŞ-nin Küveytdəki "Əli əs-Salim" bazası və Bubiyan adasındakı (Fars körfəzi) taktiki radar komple...