Türkiyədə çobanlar diqqətçəkən kəşf etdilər

Türkiyədə, Muşun Bilək kəndində heyvanlarını otaran kəndlilər minlərlə yabanı armud ağacının olduğu torpaqda tarixi izləri olan qala xarabalıqlarına rast gəliblər.
BAKU.WS Türkiyə mətbuatına istinadən xəbər verir ki, təbii bitki örtüyü arasında tapılan tikilinin qədim zamanlarda müdafiə məqsədilə istifadə olunduğu təxmin edilir.
Yerli sakin Şabeddin Çiçək bildirib ki, ora daş atdıqları zaman daşın dibə çatması təxminən iki dəqiqə çəkir.
Aşkar edilmiş ərazidə 110 minə yaxın yabanı armud ağacının olması xüsusilə diqqət çəkib. Kənd sakinləri bu ağacların qəsdən əkildiyini və vaxtilə burada şərab istehsal edildiyini bildiriblər. Qalanın yerləşdiyi marşrutun sağında tarixi Çengili kilsəsi, solunda isə Karakale və Mercimek qala kurqanları yerləşir. Bu, aşkar edilmiş qalanı həm tarixi, həm də arxeoloji baxımdan çox maraqlı edir.
Bilək kəndinin sakinləri qalanın hərtərəfli tədqiq edilməsini və bölgədə arxeoloji qazıntılara başlanılmasını tələb edərək, aparılacaq araşdırmaların həm bölgənin tarixinə işıq salacağına, həm də Muşun mədəni turizminə töhfə verəcəyinə ümidvar olduqlarını bildiriblər.
Qalereya
Oxşar xəbərlər
Tel-Əviv Makronu anti-İsrail siyasətini dayandırmamaqda ittiham edib
Fransa prezidenti Emmanuel Makron İsrailə qarşı siyasətini davam etdirir. BAKU.WS "Report"a istinadən xəbər verir ki, bu barədə İsrail Xarici İşlər Nazirliyinin...
