Türkiyədə bələdiyyə sədri və əri saxlanılıb
Türkiyədə İzmit Rayon Bələdiyyəsinə qarşı aparılan istintaq çərçivəsində bələdiyyə sədri Fatma Kaplan Hürriyet və həyat yoldaşı Murat Hürriyet saxlanılıblar.
BAKU.WS xəbər verir ki, bu barədə "Haber Global"da məlumat dərc olunub.
Bildirilib ki, əməliyyat zamanı ümumilikdə 31 nəfərin saxlanılması barədə qərar verilsə də, onlardan 28-i hüquq-mühafizə orqanları tərəfindən tutulub.
İstintaq tədbirləri çərçivəsində səhər saatlarında həm İzmit Bələdiyyəsinin inzibati binasında, həm də Fatma Kaplan Hürriyetin yaşadığı ünvanda polis tərəfindən axtarış aparılıb.
İstanbul Baş Prokurorluğunun yaydığı açıqlamada bildirilib ki, saxlanılan şəxslər, o cümlədən bələdiyyə sədri və onun həyat yoldaşı "cinayət məqsədilə təşkilat yaratmaq", "korrupsiya" və "dövlət satınalmalarında saxtakarlıq" ittihamları ilə istintaqa cəlb olunublar.
Qeyd olunub ki, prokurorluğun göstərişi ilə iyulun 20-də Antalya, Kırıkkale, İzmit, İstanbul və Ankara şəhərlərində eyni vaxtda genişmiqyaslı əməliyyat keçirilib.
Oxşar xəbərlər
İran zənginləşdirilmiş urandan imtina etmək niyyətində deyil
İran zənginləşdirilmiş urandan imtina etməyəcək. BAKU.WS "Report"a istinadən xəbər verir ki, bunu İran Ali Milli Təhlükəsizlik Şurasının katibi Möhsün Rezai "X"...