Türkiyədə bələdiyyə sədri həbs edildi
Türkiyənin İstanbul şəhərinin Esenyurt rayonunun bələdiyyə sədri Əhməd Özər saxlanılıb.
BAKU.WS İHA-ya istinadən xəbər verir ki, Əhməd Özər "PKK/KCK" terror təşkilatına üzv olmaqda ittiham edilib.
Terrorla bağlı istintaq çərçivəsində saxlanılan Esenyurt Bələdiyyə sədri Əhməd Özer prokurorluğa verdiyi ifadədən sonra məhkəmə tərəfindən həbs edilib.
Bildirilir ki, prokurorluq məhkəməyə bələdiyyə sədrinin terrorçularla bağlı bank hesabları və mütəmadi danışqılardan ibarət dəillər tədim edib.
Onun saxlanılmasından sonra Beşiktaş rayonunun inzibati ərazi dairəsinin rəhbəri Oğuzhan Bingöl Esenyurt bələdiyyəsinə rəhbər təyin olunub.
Oxşar xəbərlər
Tramp kanadalı şirkətlərə səsləndi: "ABŞ-yə köçün, tarif tətbiq olunmayacaq"
ABŞ Prezidenti Donald Tramp Kanada ilə ticarət əlaqələri olan şirkətlərə ölkəyə köçmək çağırışı edib. O, Kanadadan ABŞ-yə fəaliyyətini daşıyan şirkətlərə gömrük...