Türkiyədə 8 yaşlı qızcığazın qətlinə görə saxlanılan kənd imamı sərbəst buraxılıb
Avqustun 21-də Diyarbəkirin Bağlar rayonunda itkin düşən və axtarışların 19-cu günündə cansız cəsədi tapılan Narin Güranın qətli ilə bağlı istintaq davam edir.
BAKU.WS NTV-yə istinadən xəbər verir ki, Nevzat Bəxtiyar adlı şəxs prokurorluqda dindirildikdən sonra həbs edilib.
İstintaq çərçivəsində saxlanılanlar arasında olan kəndin imamı ifadə verdikdən sonra sərbəst buraxılıb.
Türkiyənin ədliyyə naziri Yılmaz Tunç sosial media hesabında paylaşım edib:
"8 yaşlı Narin Güranın ölümü ilə bağlı Diyarbəkir Respublika Prokurorluğu tərəfindən aparılan istintaq çərçivəsində saxlanılan şübhəlilərdən biri Nevzat B. barəsində həbs qərarı çıxıb.
Saxlanılan digər şübhəlilərlə bağlı prosedurlar davam edir. İstintaq ciddi şəkildə aparılır. Zərif qızımızın ölümündə kim günahkardırsa, ədalət qarşısında cavab verəcək və layiq olduqları cəzanı alacaqlar".
Qeyd edək ki, Nevzat Bəxtiyarın həbsindən sonra 22 şübhəli təhlükəsizlik qüvvələri tərəfindən dindirilir.
Qalereya
Oxşar xəbərlər
Zelenski Stiven Uitkoff və Mark Rütte ilə telefon danışığı aparıb
Ukrayna Prezidenti Volodimir Zelenski ABŞ Prezidentinin xüsusi elçisi Stiven Uitkoff və NATO-nun baş katibi Mark Rütte ilə telefon danışığı aparıb. BAKU.WS "Rep...