Türkiyə kəşfiyyatı Suriyada yeni əməliyyat keçirib, PKK-nın rəhbərlərindən biri öldürülüb
Türkiyə Milli Kəşfiyyat İdarəsi (MİT) Suriyada yeni əməliyyat keçirib.
"Report" "TRT Haber"ə istinadən xəbər verir ki, əməliyyat nəticəsində PKK/YPG terror təşkilatının Ayn Əl- Ərəb bölgəsi üzrə kəşfiyyat rəhbəri Mahmud Ağca öldürülüb.
Məlumata görə, o, 2015-ci ildə Türkiyədə baş tutan terror aktlarının əsas təşkilatçılarından olub. M.Ağca həmin terror aktları üçün Suriyadan partlayıcı maddə və terrorçu təminatını həyata keçirib.
Məlumat üçün bildirək ki, 2015-ci il ərzində Türkiyənin müxtəlif şəhərlərində ümumilikdə səkkiz terror aktı törədilib. Nəticədə ümumilikdə 550-ə yaxın adam ölüb.
O, 2006-cı ildən PKK/YPG terror təşkilatında fəaliyyət göstərdiyi bildirilir.
Oxşar xəbərlər
Netanyahu seçki ərəfəsində təhdidlərini artırdı: "Lazım gələrsə, bütün Qəzzanı işğal edərik"
İsrailin Baş naziri Benyamin Netanyahu seçki ərəfəsində İran, Qəzza, Livan və Suriya ilə bağlı sərt açıqlamalar verib. O, İranın nüvə proqramını yenidən bərpa e...