Turistlərin bir dəfə gedib peşman olduğu şəhərlər - SİYAHI

Bir çox turist səyahət zamanı müəyyən şəhərləri böyük gözləntilərlə ziyarət edir, lakin reallıq bu gözləntiləri qarşılamadıqda məyus olurlar. Bu bir sıra səbəblərdən dolayı baş verir. Həmin şəhərlərdəki həddindən artıq sıxlıq, yüksək qiymətlər, xidmət keyfiyyətinin aşağı olması və ya sosial mediada yaradılan şişirdilmiş təəssüratlar...
BAKU.WS xarici KİV-ə istinadən bəzi turistlərin bir dəfə istirahətə gedib peşman olduğu şəhərlərin siyahısını təqdim edir:
Paris şəhəri, Fransa
Yüksək qiymətlər, kobud yerli xidmət, çoxlu turist sıxlığı turistlər arasında "Paris Sindromu" yaradır. Bu xüsusilə Yaponiyalı turistlər arasında geniş yayılıb.
Gözlənti: romantik və sakit şəhər
Reallıq: izdihamlı, bəzən çirkli küçələr və yüksək qiymətlər
Venesiya şəhəri, İtaliya
Dəhşətli dərəcədə izdiham, çox yüksək qiymətlər, yay aylarında suda yaranan pis qoxu, turist sıxlığı bəzən bu şəhərə gələn turistləri peşman edir.
Gözlənti: romantik qayıq gəzintiləri
Reallıq: sıx kanallar, orijinal italyan təcrübəsindən uzaq bahalı xidmət
Dubay şəhəri, BƏƏ
Süni atmosfer, mədəniyyət çatışmazlığı, yüksək qiymətlər, insan hüquqları ilə bağlı tənqidlər bu şəhərə gələnləri bəzən bezdirir.
Gözlənti: lüks həyat, gələcək şəhəri
Reallıq: ticarət mərkəzləri və otellərlə dolu, "şou" məqsədli şəhər
Banqkok şəhəri, Tayland
Qarışıq tıxac xaosu, səs-küy, küçələrdəki dələduzlar, şəhərdəki pis qoxular bura gələn turistləri ilk və son dəfə səfər etməyə vadar edir.
Gözlənti: ekzotik və rəngarəng Asiya təcrübəsi
Reallıq: tıxaclar, bəzi bölgələrdə təhlükəsizlik və təmizlik problemləri
Los-Anceles şəhəri, ABŞ
Evsizlik problemi, çirkli küçələr, tıxac, ümumi cazibənin olmaması bu şəhərə gələnləri buradan uzaqlaşdırır.
Gözlənti: Hollivudun parıltısı
Reallıq: sosial problemlər, turistlər üçün maraqsız məhəllələr
Qahirə şəhəri, Misir
Aqressiv satıcılar, səs-küy, hava çirkliliyi, dələduzlar bura ilk dəfə gələn turistləri peşman edir.
Gözlənti: mistik piramidalar və qədim tarix
Reallıq: şəhər xaosu, zəif infrastruktur
Roma şəhəri, İtaliya
Turist sıxlığı, cibgirlik, aqressiv yerli əhali bura gələn bəzi turistləri canından bezdirir.
Gözlənti: tarixin canlı qalası
Reallıq: həddindən artıq turistdir və yorucu gəzintiləri var.
Bali şəhəri, İndoneziya
Çoxlu turist sıxlığı, bəzi çirkli çimərliklə, mədəniyyətdən uzaq turistik bölgələr bura gələnləri bəzən peşman edir.
Gözlənti: cənnət adası
Reallıq: izdiham, tıxac və səs-küy...
Praqa şəhəri, Çexiya
Çoxlu sərxoş turistlər, "bachelor party" mərkəzinə çevrilməsi, yerli mədəniyyətin azalması buradakı turistlər də heç də xoş aura yaratmır.
Gözlənti: sakit Avropa şəhəri
Reallıq: bəzən "parti şəhəri" imici
Amsterdam şəhəri, Niderland
Çox turistik şəhər, hər şeyin baha olamsı, bəzi ədəb-ərkan və əxlaqi keyfiyyətlərin olmaması turistlərdə narahatlıq yaradır
Gözlənti: tarixi və mədəni şəhər
Reallıq: bəzi bölgələr sadəcə turizmə və əyləncəyə yönəlib
Bu şəhərlərin hər biri əlbəttə ki, gözəl və özünəməxsus xüsusiyyətlərə malikdir, sadəcə olaraq turistlərin gözləntiləri ilə reallıq üst-üstə düşmədikdə məyusluq yaranır. Əgər səyahətdən maksimum zövq almaq istəyirsinizsə, səfəri öncədən yaxşı planlamaq, mövsümi sıxlığa diqqət yetirmək və yerli təcrübələri araşdırmaq məsləhətdir.
Oxşar xəbərlər
Səyahət zamanı bu cür çemodanlar seçmək tövsiyyə olunur
Səyahət dedikdə, ağıla gələn ilk lazımlı əşyalardan biri də çemodanlardır. Avtobus, təyyarə, maşın, qatar... Fərqi yoxdur hansı nəqliyayt vasitəsi ilə səyahət e...