Tramp: İranla yaxşı danışıqlar gedir
ABŞ ilə İran arasında yaxşı danışıqlar aparılır.
BAKU.WS "Report"a istinadən xəbər verir ki, bunu ABŞ Prezidenti Donald Tramp Vaşinqtonda Qəzza üzrə Sülh Şurasının ilk iclasında xüsusi nümayəndələri Stiv Uitkoff və Cared Kuşnerin fəaliyyətinə toxunarkən bildirib.
"Bildiyiniz kimi, onların İranın qaynar nöqtə olması ilə bağlı məsələlər üzrə çox maraqlı görüşləri olub. Onlar İran nümayəndələri ilə görüşür və yaxşı münasibətlər saxlayırlar. Yaxşı danışıqlar gedir", - Tramp deyib.
Prezident Tramp son illər ərzində İranla həqiqətən məzmunlu sazişin bağlanmasının asan olmadığının aydın olduğunu vurğulayıb.
"Biz məhz məzmunlu saziş bağlamalıyıq. Əks halda pis şeylər baş verir. Lakin bizə real, əhəmiyyətli razılaşma lazımdır", - o qeyd edib.
Oxşar xəbərlər
ABŞ və İsrail arasında narazılıq yaranıb?
Amerika Birləşmiş Ştatları Prezidenti Donald Tramp ilə İsrailin Baş naziri Benyamin Netanyahunun telefon danışığından sonra verilən reaksiyalara baxanda bir şey...