Tramp bu dəfə Kubanı hədəf aldı: Açıq-aşkar təhdid etdi
ABŞ Prezidenti Donald Tramp Venesuela prezidenti Nikolas Maduronun ABŞ tərəfindən saxlanılmasından sonra Latın Amerikası ölkələrinə yönəlik sərt açıqlamalarını davam etdirir. Tramp bu dəfə Kubanı hədəf alıb.
BAKU.WS xəbər verir ki, ABŞ mediasında yayımlanan "The Hugh Hewitt Show" proqramında çıxış edən Donald Tramp Kuba ilə bağlı diqqətçəkən fikirlər səsləndirib. O bildirib ki, Kubaya qarşı daha böyük təzyiq göstərmək çətindir:
"Düşünürəm ki, ora girib hər şeyi dağıtmaqdan başqa bundan daha artıq təzyiq tətbiq etmək mümkün deyil. Onların bütün can damarı Venesuela idi. Nefti də, pulu da Venesueladan alırdılar".
Trampın sözlərinə görə, Havana rəhbərliyi hazırkı vəziyyətdə çox zəifdir. ABŞ prezidenti Kubanın mövcud vəziyyətini "bir ipə bağlı" kimi qiymətləndirib.
"Onların bütün həyatı Venesueladan asılı idi. İndi isə bu asılılıq Kubanı çox ağır vəziyyətə salıb", – deyə Tramp qeyd edib.
Kübanın ciddi böhran içində olduğunu iddia edən Tramp əlavə edib ki, ölkə hələ tam çökməsə də, daxili dinamikalar bu sona yaxınlaşdıqlarını göstərir.
Oxşar xəbərlər
Rusiya Daxili İşlər Nazirliyinin regional təlim mərkəzində partlayış olub
Rusiya Daxili İşlər Nazirliyinin regional təlim mərkəzində partlayış baş verib. BAKU.WS xəbər verir ki, bu barədə Baza məlumat yayıb. Mənbəyə görə, binada güclü...