Tom Henks yeni filmdə ABŞ prezidenti olacaq

Tom Henks yeni filmdə ABŞ prezidenti olacaq
Dünya 36

Amerikalı aktyor Tom Henks yeni filmdə ABŞ prezidenti obrazını canlandıracaq.

BAKU.WS xəbər verir ki, bu barədə Variety nəşri məlumat yayıb.

69 yaşlı aktyor 16-cı ABŞ prezidenti Abraham Linkoln rolunu "Lincoln in the Bardo" romanı əsasında çəkiləcək dram filmində ifa edəcək.

Animasiya və bədii elementləri birləşdirən ekran işi real və uydurma personajları əhatə edəcək. Film əsasən Linkolnun 11 yaşında vəfat edən oğlu Uilyamla münasibətlərinə həsr olunacaq.

Filmin rejissoru Dyuk Conson olacaq. Tom Henks isə layihədə həm də həmmüəllif-prodyuser kimi çıxış edəcək.

Qeyd edək ki, Tom Henks ana tərəfdən Abraham Linkolnun uzaq qohumudur. Onun anasının soyadı Nensi Henks olub.

Son xəbərlər