Təyyarədə unudulan pişik 24 saat ərzində iki ölkə arasında uçdu
Yeni Zelandiyadan Avstraliyaya köçən bir ailə səkkiz yaşlı Mittens adlı pişiklərini təyyarənin yük bölməsinə təhvil verib. Lakin bir qarışıqlıq nəticəsində Mittens yük bölməsində unudulub və təyyarənin yenidən Yeni Zelandiyaya qayıtması ilə iki ölkə arasında üç dəfə uçub.
BAKU.WS xəbər verir ki, bu barədə cnntürk məlumat yayıb.
Margo Neas adlı pişiyin sahibi bildirib ki, Avstraliyaya çatdıqdan sonra yük bölməsindəki pişiyin təhvil verilməsi üçün üç saat gözləyiblər, lakin pişik onlara çatdırılmayıb. Məlum olub ki, yük bölməsindəki əşyalar arasında Mittens fərq edilməyib və təyyarə artıq Yeni Zelandiyaya qayıdıb.
Hava yolu şirkəti vəziyyəti düzəltmək üçün pişiyi növbəti uçuşla Melburna göndərib. Beləliklə, Mittens 24 saat ərzində Yeni Zelandiya və Avstraliya arasında üç dəfə uçaraq nəhayət sahibinə təhvil verilib.
Air New Zealand hava yolu şirkətinin sözçüsü Alisha Armstrong hadisəyə görə Mittens"ın sahibindən üzr istəyib.
Oxşar xəbərlər
Tramp: NATO ölkələri ÜDM-inin 5 faizini müdafiəyə xərcləməlidir
ABŞ-nin NATO tərəfdaşları müdafiəyə ÜDM-in ən azı 5 %-ni xərcləməlidir. "Report" xəbər verir ki, bu barədə ABŞ Prezidenti Donald Tramp Davosda keçirilən Dünya İ...