Tayvanda "Ragasa" super tayfunu: 14 ölü, onlarla yaralı və itkin

Tayvanda Ragasa super tayfunu: 14 ölü, onlarla yaralı və itkin
Dünya 68

Tayvanda "Ragasa" super tayfununun səbəb olduğu güclü yağışlar selə yol açıb.

BAKU.WS xəbər verir ki, Tayvan mediasının məlumatına görə, Hualien bölgəsinin Gangfu qəsəbəsində Matai"an gölünün daşması nəticəsində yaşayış məntəqələrini su basıb.

Rəsmi açıqlamaya görə, sel nəticəsində 14 nəfər ölüb, 18 nəfər yaralanıb, 30 nəfər isə itkin düşüb. Həlak olanların əksəriyyətinin evlərini vaxtında tərk edə bilməyən yaşlı insanlar olduğu bildirilir. Hadisə ilə əlaqədar 3 mindən çox sakin təhlükəsiz ərazilərə köçürülüb.

Təbii fəlakət bölgədə infrastrukturun ciddi zədələnməsinə səbəb olub – dəmir yolu stansiyası yararsız hala düşüb, körpülər dağılıb.

"Ragasa" Tayvanı keçdikdən sonra Çinin cənub sahillərinə doğru hərəkət edib. Honq Konq və Quandonq əyalətində ən yüksək fırtına xəbərdarlığı elan olunub, yüzlərlə aviareys və qatar səfərləri təxirə salınıb, məktəblər bağlanıb.

Mokaland Uşaq Əyləncə Mərkəzi

Oxşar xəbərlər

Tramp İran hökumətinə təşəkkür etdi

Tramp İran hökumətinə təşəkkür etdi

Hökumət əleyhinə etirazlara görə ölüm hökmünə məhkum edilmiş səkkiz iranlı məhbus qadın İran hakimiyyəti tərəfindən əfv edilib. BAKU.WS Oxu.Az-a istinadən xəbər...

214 Dünya 23:12 22 aprel 2026

Son xəbərlər