Tayvanda 6 maqnitudalı zəlzələ olub
Tayvanın şimal-şərq sahillərində dənizdə 6 maqnitudalı zəlzələ baş verib.
Bu barədə BAKU.WS "Report" agentliyinə istinadən xəbər verir.
Zəlzələ Tayvanın paytaxtı Taypeydə binaların qısa müddətli titrəməsinə səbəb olub. Meteorologiya idarəsinin məlumatına görə, zəlzələnin ocağı İlan qəzasından təxminən 20 km məsafədə yerləşib.
Hazırda dağıntılar barədə məlumat yoxdur.
Təkanlar, həmçinin Taoyuan, Tszilun və İlanda da hiss edilib.
Tayvan Meteorologiya Agentliyi ümummilli xəbərdarlıqda adanın şimal hissəsində "əhəmiyyətli" zəlzələnin hiss edildiyini bildirib.
2016-cı ildə Tayvanın cənubunda baş verən zəlzələ nəticəsində 100-dən çox insan həlak olub, 1999-cu ildə isə 7,3 maqnitudalı zəlzələ 2 000-dən çox insanın həyatına son qoyub.
Oxşar xəbərlər
İran yığması İtaliyadakı Paralimpiya Oyunlarında iştirakdan imtina edib
İran yığması ABŞ və İsrailin zərbələri fonunda İtaliyadakı Paralimpiya Oyunlarında iştirakdan imtina edib. BAKU.WS Oxu.Az-a istinadən xəbər verir ki, BPK həmçin...