Taliban yardım üçün Tatarıstana müraciət edib
Əfqanıstanın Taliban hərəkatının nümayəndələri KazanForum iqtisadi forumu çərçivəsində Tatarıstan hakimiyyətindən Əfqanıstan sərgisi təşkil etməyi xahiş ediblər.
BAKU.WS RİA Novosti-yə istinadən xəbər verir ki, bu, Əfqanıstanın sənaye və ticarət naziri Nuriddin Əzizinin məktubunda qeyd olunub.
Əzizi Tatarıstanın rəhbəri Rüstəm Minnixanova məktubunda bunları yazıb:
"Biz yaxşı yerdə və aparıcı iş adamlarımızın məhsullarını ən yaxşı şəkildə təqdim etmək üçün sərgi pavilyonu təşkil etmək istərdik".
Əfqanıstandakı Rusiya Biznes Mərkəzinin rəhbəri Rüstəm Xabibullin təsdiqləyib ki, 60-a yaxın aparıcı əfqan iş adamı öz məhsullarını, o cümlədən zərgərlik məmulatları, qida məhsulları və tekstil, xalçalar, kosmetika və məişət kimyası məhsullarını forumda nümayiş etdirməyə hazırdır.
Oxşar xəbərlər
Britaniyanın sabiq səfiri ilə bağlı araşdırma başlanıb
Avropa İttifaqının OLAF Börosu Böyük Britaniyanın ABŞ-dakı keçmiş səfiri Piter Mandelson barədə araşdırma başladıb. Reuters agentliyinin məlumatına görə, istint...