"Taliban" Rusiyada qadağan olunmuş təşkilatlar siyahısından çıxarılır
Rusiyanın Dövlət Dumasına "Taliban"ı ölkədə qadağan olunmuş təşkilatlar siyahısından çıxarmağa imkan verən qanun layihəsi təqdim edilib.
BAKU.WS "Qazeta.ru"ya istinadən xəbər verir ki, sənədin nüsxəsi ortaya çıxıb.
Bildirilib ki, bir gün əvvəl Əfqanıstanın "Alemarah" portalı Rusiya Təhlükəsizlik Şurasının katibi Sergey Şoyqu ilə Əfqanıstanın baş nazirinin müavini Əbdül Qani Baradar Axund arasında aparılan danışıqlar barədə yazıb.
Şoyqu, öz növbəsində, Rusiya Federasiyasının Talibanı terrorçuların "qara siyahısı"ndan çıxarmaq planlarını açıqlayıb.
Oktyabrda Rusiya prezidentinin köməkçisi Yuri Uşakov bildirmişdi ki, Taliban hərəkatının terror təşkilatları siyahısından çıxarılması prosesi başa çatmaq üzrədir.
Oxşar xəbərlər
Ayı məktəbə su borusu ilə girməyə çalışıb
Rusiyanın İrkutsk vilayətinin Zaloq kəndində ayı məktəb yeməkxanasından gələn qoxulara cəlb olunaraq binaya su borusu ilə dırmaşmağa çalışıb. BAKU.WS xəbər ver...