Taliban qadınların həkim və tibb bacısı olmaq üçün təhsil almasını qadağan edir

Talibanın lideri Heybətullah Axundzadə əfqan qadınlarına ali və orta tibb müəssisələrində təhsil almağı qadağan edib.
BAKU.WS Rusiya KİV-ə istinadən xəbər verir ki, müvafiq qərarı Əfqanıstanın səhiyyə naziri vəzifəsini icra edən Nur Cəlal bazar ertəsi, dekabrın 2-də Kabildə tibb institutlarının rəhbərləri ilə görüşündə bildirib.
"Artıq qızların ali və orta tibb təhsili almasına icazə verilməyəcək. Axundzadə onlara bu qurumlara getməyi qadağan edən yeni direktiv verib", - məlumatda qeyd olunur.
Oktyabrın 11-də BMT baş katibinin xüsusi nümayəndəsi və UNAMA-nın rəhbəri Roza Otunbayeva Əfqanıstan hakimiyyətini 12 yaşdan yuxarı qızların təhsil almasını qadağan edən siyasətə yenidən baxmağa çağırıb. Bundan əlavə, o, dövlətin qızlarına və qadınlarına söz verib ki, təşkilat onları "susdurmağa çalışsa belə, onları müdafiə etməyi dayandırmayacaq".

Oxşar xəbərlər
Pezeşkian Zərifin istefa ərizəsini qəbul etdi
İran Prezidenti Məsud Pezeşkian strateji məsələlər üzrə vitse-prezident Məhəmməd Cavad Zərifin istefasını qəbul edib. BAKU.WS bu barədə "Azad İran" "Telegram" k...