Taliban ABŞ-yə müraciət etdi: Əfqanıstanın mədən ehtiyatlarını təklif etdi
Taliban rəhbərliyi ABŞ Prezidenti Donald Tramp administrasiyasını Əfqanıstanın zəngin yeraltı sərvətlərinə investisiya yatırmağa çağırıb.
BAKU.WS xəbər verir ki, Əfqanıstanın xarici işlər naziri Əmirxan Muttəqi ABŞ şirkətlərinin ölkənin mədənçilik, infrastruktur, kənd təsərrüfatı və ticarət sahələrinə sərmayə qoymasına hazır olduqlarını bildirib.
Məlumata görə, Əfqanıstanın yeraltı sərvətlərinin dəyərinin ən azı 1 trilyon dollar olduğu təxmin edilir. Ölkədə mis, dəmir filizi, kobalt, qızıl, litium və niobium kimi mühüm faydalı qazıntıların böyük ehtiyatları olduğu bildirilir.
Taliban ABŞ-dən bunun qarşılığında Əfqanıstana qarşı sanksiyaların aradan qaldırılmasını və xaricdə dondurulmuş milyardlarla dollarlıq aktivlərin sərbəst buraxılmasını istəyir. Əfqanıstanın xaricdəki rezervlərinin təxminən 9,5 milyard dollar olduğu, bunun 7 milyard dollarının ABŞ-də yerləşdiyi qeyd olunur.
Muttəqi həmçinin ABŞ-nin Kabildəki səfirliyini yenidən açmasını istəyib.
Bununla belə, Vaşinqtonla Kabil arasında fikir ayrılıqları qalır. Donald Trampın Bəgram aviabazasının yenidən ABŞ-nin nəzarətinə qaytarılması ilə bağlı tələbinə Taliban qarşı çıxıb.
Oxşar xəbərlər
Kiyevdə Rusiyanın hücumu nəticəsində azərbaycanlıya məxsus restoran dağılıb
Ukraynanın paytaxtı Kiyevə Rusiya ordusunun dron hücumları zamanı azərbaycanlıya məxsus iri restoranlardan biri tamamilə dağılıb. BAKU.WS report-a istinadən xəb...