"Survivor"a görə bu kanal 17 milyon cərimələndi
Türkiyədə "RTÜK" (Radio və Televiziya Ali Şurası) "Survivor" yarışmasına görə "TV 8" kanalını cərimələyib.
BAKU.WS xəbər verir ki, yarışmadakı şiddət və zorakılıq görüntülərinə görə qurum, kanala 17 milyon 852 milyon lirə cərimə tətbiq edib.
Qərarda yarışmada gerçək həyatdakıdan qat-qat artıq şiddət nümayiş olunduğu öz əksini tapıb.
"İzləyicilər müxtəlif zorakılıq hadisələrinin şahidi olurlar: dava, döyülmə faktı və başqa neqativ hallar... Bu zaman kütləvi informasiya vasitələrinin zorakılıq hadisələrinin və zorakılıqla bağlı davranışların artmasında mühüm rol oynadığı müzakirə olunur".
Qeyd edək ki, 2024-cü ilin sadəcə dekabr ayında "TV8" kanalının gəliri 595 milyon 67 min lirə olub. Tətbiq edilən cərimə bu gəlirin sadəcə yüzdə üçü qədərdir.
Qalereya
Oxşar xəbərlər
İsrailin Livana hücumları nəticəsində ölənlərin sayı 4381 nəfərə çatıb
İsrailin Livana qarşı hərbi əməliyyatları nəticəsində ölənlərin sayı 4381 nəfərə çatıb. BAKU.WS AZƏRTAC-a istinadən xəbər verir ki, bu barədə Livanın Səhiyyə Na...