Suriyada İŞİD-lə əlaqəli 70-dən çox şəxs saxlanılıb
Suriya Daxili İşlər Nazirliyi İraq Şam İslam Dövləti (İŞİD) terror təşkilatının hücrələrinə qarşı preventiv əməliyyat zamanı 71 nəfəri saxlayıb.
BAKU.WS Oxu.Az-a istinadən xəbər verir ki, bu barədə "Əl-İxbariya" telekanalı məlumat yayıb.
Mənbə bildirib ki, təhlükəsizlik qüvvələri ölkənin müxtəlif vilayətlərində 61 reyd həyata keçiriblər.
"Qruplaşmanın yüksəkrütbəli, təhlükəli, ortasəviyyəli və sıravi liderləri saxlanılıblar", - materialda qeyd olunur.
Bundan əvvəl bildirilmişdi ki, ABŞ ordusu Suriyanın şimalında ölkədə terror qruplaşmasının növbəti lideri olmağı planlaşdıran İŞİD qruplaşmasının yüksəkrütbəli üzvünü məhv edib.
20 iyulda İŞİD-in liderlərindən biri və onun köməkçilərindən birinin İraq və Suriya sərhədində məhv edildiyi bildirilmişdi.
Oxşar xəbərlər
ABŞ İran aviasiyası ilə əlaqəli 36 qurum və şəxsə qarşı sanksiyalar tətbiq edib
ABŞ İranın aviasiya sektoru ilə əlaqədar 36 fiziki və hüquqi şəxsə qarşı sanksiyalar tətbiq edib. BAKU.WS "Report"a istinadən xəbər verir ki, bu barədə ABŞ Mali...