Suriyada Əhməd əş-Şəraaya qarşı sui-qəsdlərin qarşısı alınıb
10
noy
2025
22:10
Suriyada Prezident Əhməd əş-Şəraaya qarşı iki sui-qəsd cəhdinin qarşısı alınıb.
BAKU.WS-in "Reuters"ə istinadən verdiyi məlumata görə, hücumların "İslam Dövləti" terror qruplaşması tərəfindən planlaşdırıldığı bildirilir.
Mənbələrin açıqlamasına əsasən, sui-qəsd planları son bir neçə ay ərzində ifşa olunub. Onlardan biri dövlət başçısının iştirak etməli olduğu "əvvəlcədən elan edilmiş nişan mərasimi" zamanı həyata keçirilməli idi.
Hazırda hadisə ilə bağlı əlavə məlumatlar açıqlanmır.
Oxşar xəbərlər
Ayı məktəbə su borusu ilə girməyə çalışıb
Rusiyanın İrkutsk vilayətinin Zaloq kəndində ayı məktəb yeməkxanasından gələn qoxulara cəlb olunaraq binaya su borusu ilə dırmaşmağa çalışıb. BAKU.WS xəbər ver...