Suriyada Bəşər Əsəd dövründə kəşfiyyatçı işləmiş zabit saxlanılıb
Suriyanın keçid hökumətinin Daxili İşlər Nazirliyi ölkənin keçmiş Prezidenti Bəşər Əsədin dövründə Livanın "Hizbullah" təşkilatı ilə koordinasiyaya cavabdeh olan Hərbi Hava Qüvvələrinin keçmiş kəşfiyyatçısı Süleyman əl-Teynəvinin saxlanıldığını açıqlayıb.
BAKU.WS "Report"a istinadən xəbər verir ki, bu barədə qurumun bəyanatına istinadən "Əl-İhbariyyə" telekanalı məlumat yayıb.
Qeyd olunur ki, Süleyman əl-Teynəvi Suriyada "Hizbullah" liderləri ilə bir sıra qruplaşmalar arasında koordinator kimi fəaliyyət göstərib və onlara dəstək verməyə kömək edib. Bundan əlavə, Suriyanın yeni hökumətinin fikrincə, əl-Teynəvi mülki şəxslərə qarşı hərbi cinayətlər törətməkdə iştirak edib.
DİN-in məlumatına görə, iş istintaqın və hüquqi prosedurların başa çatdırılması üçün prokurorluğa verilib.
Oxşar xəbərlər
Tramp FES-dən faiz dərəcəsinin aşağı salınmasını tələb edərək bir sıra ölkələrlə ticarətin dayandırılması ilə hədələyib
Ölkənin mərkəzi bankı rolunu yerinə yetirən Federal Ehtiyat Sistemi (FES) baza faiz dərəcəsini aşağı salmaqdan imtina edərsə, Vaşinqton bir neçə dövlətlə ticarə...