Suriya və Səudiyyə Ərəbistanı birgə bank yaradacaq
Suriya ilə Səudiyyə Ərəbistanı investisiyaları stimullaşdırmaq üçün birgə bank yaratmaq və iki ölkə arasında bank köçürmələri üçün birbaşa tənzimlənən kanalları inkişaf etdirmək barədə razılığa gəlib.
BAKU.WS "Report"a istinadən xəbər verir ki, bu barədə SANA agentliyi Suriya Mərkəzi Bankına istinadən məlumat yayıb.
Razılaşma Suriya Mərkəzi Bankının rəhbəri Məhəmməd Safvat Raslan ilə Məhəmməd Əbunəyyanın rəhbərlik etdiyi Səudiyyə-Suriya Biznes Şurasının nümayəndə heyəti arasında keçirilən görüşdə əldə olunub.
Tərəflər bank köçürmələrinin sadələşdirilməsi və investorların Suriyada və onun hüdudlarından kənarda investisiya imkanlarına çıxışı üçün praktiki həll yollarını müzakirə ediblər. Turizm və daşınmaz əmlak sahələrindəki iri layihələrə xüsusi diqqət yetirilib.
Görüş iştirakçıları həmçinin iki ölkənin sahibkar və investorlarının iştirakı ilə bank tərəfdaşlığını inkişaf etdirmək, eləcə də Səudiyyə investisiyalarının Suriyaya cəlb olunmasına yardım etmək barədə razılığa gəliblər.
Tərəflər bank əməkdaşlığını genişləndirmək və Səudiyyə investisiyalarının Suriyaya yönəldilməsinə dəstək olmaq məqsədilə koordinasiyanı davam etdirməyi razılaşdırıblar.
Oxşar xəbərlər
Pezeşkian: İran beynəlxalq arenada sülhsevər yanaşmaya malikdir
İranın beynəlxalq arenadakı yanaşması sülhsevərdir. BAKU.WS "Report"a istinadən xəbər verir ki, bunu İran Prezidenti Məsud Pezeşkian Cənubi Koreya, Belarus, Çex...