Suriya ordusu Rakkada İŞİD-çilərin olduqları həbsxananı nəzarət altına alıb
23
yan
2026
23:12
Suriya qoşunları ölkənin şimalındakı Rakka əyalətində yerləşən "Əl-Aktan" həbsxanasını nəzarət altına alıb.
Oxu.Az "Associated Press" agentliyinə istinadən xəbər verir ki, bu barədə ərəb respublikasının Daxili İşlər Nazirliyi (DİN) məlumat yayıb.
Daha əvvəl sözügedən həbsxana "Suriya Demokratik Qüvvələri" (SDQ) tərəfindən idarə olunurdu. Həmin həbsxanada İŞİD yaraqlıları saxlanılırlar.
Suriya DİN əməkdaşları məhbusların sənədlərini araşdırmağa başlayıblar. Həbsxananın mühafizəsi və asayişin qorunması üçün xüsusi qruplar yaradılıb.
Oxşar xəbərlər
Britaniyanın sabiq səfiri ilə bağlı araşdırma başlanıb
Avropa İttifaqının OLAF Börosu Böyük Britaniyanın ABŞ-dakı keçmiş səfiri Piter Mandelson barədə araşdırma başladıb. Reuters agentliyinin məlumatına görə, istint...