Su-25 hücum təyyarəsinin yaradıcısı öldü
Sovet və Rusiya aviakonstruktoru, Su-25 hücum təyyarəsinin yaradıcısı Yuri İvaşeçkin 90 yaşında vəfat edib.
BAKU.WS xəbər verir ki, bu barədə "Voyennyy osvedomitel" Telegram kanalı məlumat yayıb.
Bildirilib ki, Yuri Viktoroviç 1980-1985-ci illərdə Sukhoi Dizayn Bürosunda işləyib, burada baş konstruktor vəzifəsində çalışıb. O, Su-9, Su-15, Su-24 və Su-25 təyyarələrinin hazırlanmasında iştirak edib, 2000-ci ildə isə Sukhoi Superjet 100 sərnişin təyyarəsinin yaradılması layihəsinə rəhbərlik edib.
Yuri Viktoroviç İvaşeçkin (1933-2024) karyerası yarım əsrdən çox olan sovet və rus təyyarə konstruktoru idi.
Qeyd edilib ki, mərhun əvvəllər SSRİ Dövlət Mükafatı laureatı, Qırmızı Əmək Bayrağı və "Şərəf Nişanı" ordenləri ilə təltif edilib.
Oxşar xəbərlər
Yeni il gecəsi edilən arzu ritualları - SİYAHI
Artıq Yeni ilin gəlişinə bir neçə gün qalıb. 2026-cı ildə arzularının həyat keçməsini istəyənlər bayram günü bəzi rituallar edirlər. Hər bayramda olduğu kimi Ye...