Stalinin sağ qalan sonuncu cangüdəni 100 yaşında öldü
İosif Vissariyonoviç Stalinin son mühafizəçisi Georges Tokarev 100 yaşında Yekaterinburqda vəfat edib.
BAKU.WS "Veçernaya Moskva"ya istinadən xəbər verir ki, onun ölümü ilə bağlı məlumatı vəkil və jurnalist Aleksey Ostapov təsdiqləyib.
Tokarev Yekaterinburqun fəxri vətəndaşı olub.
Həmin şəxs Sverdlovskda anadan olub. Böyük Vətən Müharibəsi başlayanda iki böyük qardaşı cəbhəyə gedib. 1942-ci ildə Tokarev məktəbi bitirib və orduya çağırılıb. Daha sonra o, xüsusi təyinatlı alayına göndərilib.
Kreml alayının tərkibində 1945-ci ildə Moskvada keçirilən Qələbə paradında iştirak edib, müharibədən sonra Stalinin cangüdəni kimi xidmət göstərib.
Oxşar xəbərlər
Rubio: "İranda müharibə bir neçə həftəyə başa çatacaq"
ABŞ-nin dövlət katibi Marko Rubio bildirib ki, Vaşinqton İranda hərbi əməliyyatların "aylarla deyil, bir neçə həftəyə" başa çatacağını gözləyir. BAKU.WS Oxu.Az-...