Stalinin nəticəsi Moskvada keçiriləcək Qələbə paradına qatılmaqdan imtina edib
Keçmiş SSRİ lideri İosif Stalinin nəticəsi Yakov Cuqaşvili bu il 9 Mayda Moskvada keçiriləcək Qələbə paradına qatılmayacağını bildirib.
BAKU.WS xəbər verir ki, bu barədə o, "RIA Novosti"yə açıqlama verib.
Yakov Cuqaşvili həmçinin "Ölməz Alay" yürüşündə də iştirak etməyi planlaşdırmadığını deyib:
"9 mayla bağlı heç bir planım yoxdur… Heç yerə getməyəcəyəm," – deyə o bildirib.
Digər tərəfdən, Rusiya Prezidenti Vladimir Putin daha əvvəl açıqlamışdı ki, bu il 9 Mayda Qırmızı Meydanda keçiriləcək paradda Rusiya ordusu ilə yanaşı Myanma, Belarus və Tacikistandan hərbçilər də iştirak edəcək. Eyni zamanda Kubanın prezidenti Migel Dias-Kanel Bermudes də tədbirə qatılmaq dəvətini qəbul edib.
Oxşar xəbərlər
Tramp dünyanın 60 ölkəsindən olan mallara 10-12,5 % rüsum tətbiq etməyə hazırlaşır
ABŞ Prezidenti Donald Tramp təxminən 60 ölkədən olan mallara 10 %-dən 12,5 %-dək yeni rüsumlar tətbiq etməyə hazırlaşır. BAKU.WS "Report"a istinadən xəbər verir...