Şoyqu: Avropa Rusiya ilə müharibə halında məğlub olacaq

Şoyqu: Avropa Rusiya ilə müharibə halında məğlub olacaq
Dünya 46

Avropa ölkələri, Rusiya təhlükəsi səbəbilə müdafiə büdcələrini artırsa da, əgər Rusiya ilə müharibə baş verərsə, qaçılmaz şəkildə məğlub olacaqlar.

BAKU.WS "Kommersant"a istinadla xəbər verir ki, bunu Rusiya Təhlükəsizlik Şurasının katibi Sergey Şoyqu bəyan edib.

"Rusiyanın böyük sərkərdəsi Suvorovun sözlərini xatırlamaq istərdim: "Rus əsgəri iman, sədaqət və ağılla seçilir. Bütün Avropa Rusiyaya hücum etsə də, burada Fərməpil döyüşü, Leonid və öz qəbrini tapacaq"," – deyə Şoyqu bildirib.

O, eyni zamanda qeyd edib ki, Moskva Avropa paytaxtları ilə bərabərhüquqlu dialoqa açıqdır və Avrasiya təhlükəsizlik arxitekturasını müzakirə etməyə hazırdır. Şoyqu Avropanın Moskva ilə bağlı hansı mövqeni – qarşıdurma, yoxsa dialoq – seçəcəyini proqnozlaşdırmaqdan imtina edib.

Onun bu bəyanatında Aleksandr Suvorova aid edilən iki məşhur ifadə birləşdirilib. İkinci ifadədə Fərməpil döyüşündən bəhs edilir – eramızdan əvvəl 480-ci ildə yunan və fars müharibələri çərçivəsində baş vermiş bu döyüşdə yunan ordusu say baxımından xeyli az olsa da, qəhrəmancasına döyüşmüşdü. Yunanlara Spartanın kralı I Leonid, farslara isə Kserks rəhbərlik edirdi. Leonid həmin döyüşdə həlak olmuşdu. Fərməpil döyüşü xüsusilə 300 spartalının şücaəti ilə tarixə düşüb.

Xatırladaq ki, Şoyqu bundan əvvəl də Avropa ölkələrinin 2030-cu ildə Rusiya ilə müharibəyə hazırlaşdıqlarını bildirmişdi. O həmçinin bəyan etmişdi ki, əgər Avropa ölkələri öz hərbçilərini Ukraynaya – Rusiyanın "tarixi əraziləri" hesab etdiyi torpaqlara – sülhməramlı kimi göndərsələr, bu, NATO ilə toqquşmaya və Üçüncü Dünya Müharibəsinə səbəb ola bilər. Şoyqu əlavə edib ki, "Avropada sağlam düşüncəyə sahib siyasətçilər" bu addımın nəticələrini anlayırlar. O vurğulayıb ki, Rusiya hələ genişmiqyaslı müharibədən əvvəl NATO hərbçilərinin Ukraynada yerləşməsinə qarşı çıxırdı və münaqişə qismən məhz bu təhdid səbəbilə baş verib.

Son xəbərlər