Sonuncu İkinci Dünya Müharibəsi veteranı vəfat edib

Sonuncu İkinci Dünya Müharibəsi veteranı vəfat edib
Dünya 356

İssık-Kul vilayətinin Ak-Koçkor kəndində anadan olan Amantur Toktonazarov 98 yaşında dünyasını dəyişib.

BAKU.WS xarici KİV-ə istinadən xəbər verir ki, o, sonuncu İkinci Dünya Müharibəsi veteranı olub.

Amantur 1944-cü ildə Qırmızı Orduya çağırılıb və Litva SSR-nin Kaunas şəhəri ilə Polşanın faşist işğalçılarından azad edilməsində iştirak edib. Almaniyada qələbə günü qeyd edən Toktonazarov müharibə dövründəki fədakarlığına görə bir neçə mükafatla təltif olunub.

O, Qırmızı Ulduz ordeni, "Berlinin Alınmasına görə" və "Almaniya üzərində Qələbəyə görə" medalları ilə mükafatlandırılıb.

Veteranın altı övladı və 19 nəvəsi var.

Oxşar xəbərlər

Takaiti Yaponiya tarixində ilk qadın Baş nazir olub

Takaiti Yaponiya tarixində ilk qadın Baş nazir olub

Yaponiyanın yeni Baş naziri Sanae Takaiti seçilib. BAKU.WS xəbər verir ki, bu barədə yerli KİV məlumat yayıb. O, ölkə tarixində hökumətə rəhbərlik edən ilk qadı...

46 Dünya 09:24 21 oktyabr 2025

Son xəbərlər