Slovakiya Ukraynaya təcili elektrik tədarükünü dayandırır
Ukraynanın enerji operatoru "Ukrenerqo" artıq Slovakiyadan təcili elektrik enerjisi tədarükünə ümid edə bilməyəcək.
BAKU.WS xəbər verir ki, bu barədə Slovakiyanın dövlət şirkəti SEPS-in rəhbəri Martin Maqat məlumat verib. Onun sözlərini Pravda nəşri sitat gətirib.
Maqat bildirib ki, müvafiq qərar Slovakiya hökuməti tərəfindən qəbul olunub. Onun sözlərinə görə, Ukrayna sonuncu dəfə yanvar ayında təcili elektrik enerjisi alıb. Bundan sonra Kiyev yenidən müraciət etsə də, sorğular təmin edilməyib.
Bununla yanaşı, iki ölkə arasında adi kommersiya əsaslı elektrik ticarətinin dəyişmədən davam edəcəyi vurğulanıb.
"Biz Ukraynaya elektrik enerjisinin tədarükünü ümumilikdə dayandırmaq niyyətində olduğumuz barədə iddiaları qəti şəkildə rədd edirik", – deyə SEPS rəhbəri bildirib.
Qeyd olunur ki, müqaviləyə xitam verilməsi təşəbbüsü Slovakiyanın Baş naziri Robert Fico tərəfindən irəli sürülüb və hökumətin iclasında təsdiqlənib.
Fevralın sonunda isə Macarıstanın Baş naziri Viktor Orban ölkəsinin də Ukraynaya elektrik enerjisi tədarükündən imtina edə biləcəyini bildirmişdi. O qeyd edib ki, Budapeşt və Bratislava birlikdə Ukraynanın elektrik enerjisi idxalının təxminən 40 faizini təmin edir.
Oxşar xəbərlər
İsrailin Hərbi Dəniz Qüvvələri bu səhər "Hizbullah"a məxsus PUA-nı belə vurub
İsrail Hərbi Dəniz Qüvvələri bu səhər Livandan atılan Hizbullah pilotsuz təyyarəsini vurduğunu açıqlayıb. BAKU.WS xəbər verir ki, bu barədə qurum sosial şəbəkəl...