Slovakiya dizelin satışına və ixracına 30 günlük məhdudiyyət qoyur
Slovakiya Baş naziri Robert Fitso neft bazarındakı vəziyyət fonunda dizel yanacağının satışına və ölkədən çıxarılmasına 30 gün müddətinə məhdudiyyət tətbiq edildiyini açıqlayıb.
BAKU.WS xəbər verir ki, bu barədə "TA3" telekanalı məlumat yayıb.
Qeyd olunur ki, qəbul edilən qərara əsasən, fiziki şəxslər üçün dizel yanacağının satış həcmi məhdudlaşdırılacaq.
"Yanacaqdoldurma məntəqəsinə gəldikdə, siz avtomobilin çənini doldura və əlavə olaraq maksimum 10 litr həcmində bir daşınan qabı doldura bilərsiniz", – deyə baş nazir bildirib.
Bundan başqa, Slovakiya hakimiyyəti dizel yanacağının ölkə ərazisindən ixracına da müvəqqəti məhdudiyyət tətbiq edir. Eyni zamanda, ölkədə qeydiyyatdan keçməmiş avtomobillər üçün dizel yanacağına fərqli qiymət rejimi tətbiq olunacaq.
Oxşar xəbərlər
Bir sıra Avropa ölkəsi hantavirus riskinə qarşı hazırlıq görür
Almaniya, Fransa, Belçika, İrlandiya və Niderland İspaniyaya gedən və göyərtəsində hantavirus epidemiyası baş verən kruiz gəmisindən öz vətəndaşlarının təxliyəs...